Saatlıda baş verən qəzada bir nəfər öldü

Saatlıda baş verən qəzada bir nəfər öldü

Saatlıda baş verən qəzada bir nəfər öldü

Saatlı rayonunun Bəylər kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, Beyləqan rayon sakini Elman Behbudov idarə etdiyi “QAZ-53” markalı avtomobillə yolu keçən kənd sakini Afər Nuruşovu vurub.

Daha sonra idarəetməni itirən sürücü avtomobili yolun kənarında dayanmış Qaracalar kənd sakini Şövqi oğlu Əzizova məxsus “VAZ-21011” markalı avtomobilə çırpıb. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Saatlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top