04.11.2015
Qəzalar
Şəmkirdə iki maşın toqquşub, yaralılar var
Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı avtomobillə "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində "VAZ 2106"-da olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan birinə ambulator yardım göstərilib, digər şəxs - Ağcabədi rayon sakini, 1958-ci il təvəllüdlü Məhərrəm Hüseynovun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.