04.11.2015
Qəzalar
“Formula-1” pilotu dünyasını dəyişdi
Ötən keçirdiyi qəza nəticəsində komaya düşən “Formula-1” yarışlarının pilotu Jül Byanki dünyasını dəyişib.
Cars-az xarici mətbuata istinadən xəbər verir ki, “Marusya” komandasının 25 yaşlı pilotu 9 aydır ki, komada idi. Gənc Jülin ölümü haqda məlumatı onun ailəsi verib: “Dərin hüznlə bildirmək istəyirik ki, Jül Nitsedəki xəstəxanada dünyasını dəyişdi. O, sonadək mübarizə apardı, ancaq bu gün həyatla vidalaşdı”.
Qeyd edək ki, qəza ötən ilin oktyabrında Yaponiyada baş vermişdi.