04.11.2015
Qəzalar
Dəhşətli avtobus qəzası: 11 nəfər ölüb, 22 nəfər xəsarət alıb
Rusiyanın Krasnoyarsk diyarında avtobusun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər ölüb, 22 nəfər xəsarət alıb. Cars-az tass-a istinadən verdiyi məlumata görə, qəza iyulun 22-də səhər saatlarında baş verib. Qəza zamanı avtobusda 50 sərnişin olub. Hadisədən zərər çəkənlər arasında uşaqların da olduğu bildirilir.
Qəza yerinə FHN xilasediciləri və təcili tibbi yardım maşınları cəlb olunub.
Krasnoyarsk qubernatoru Viktor Tolokonski də hadisə yerinə gəlib.