Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Bakıda qadın sürücünün vurduğu maşın belə aşdı – FOTO

Bakıda qadın sürücünün vurduğu maşın belə aşdı – FOTO

Bakıda qadın sürücünün vurduğu maşın belə aşdı – FOTO

Bakıda qadın sürücünün vurduğu maşın belə aşdı – FOTO

Bakının Səbail rayonu ərazisində yol qəzası baş verib, qəzaya uğrayan üç avtomobildən biri aşıb. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə Dövlət Bayrağı Meydanının yaxınlığında qeydə alınıb. Yolun Bibiheybət istiqamatətindəki hissəsi ilə hərəkətdə olan və Günay Məmmədovanın idarə etdiyi “Hyundai” markalı avtomobil eyni istiqamətdə hərəkət edən Viktor Pavlovun idarə etdiyi "Mitsubishi" markalı «pikap» avtomobilinə çırpılıb. Nəticədə "Mitsubishi" aşıb. Özəl şirkətlərdən birinə məxsus olan avtomobilin sürücüsü yüngül xəsarət alıb. Arxadan gələn "Hyundai" markalı digər avtomobil isə qəzaya uğramış avtomobilə çırpılıb, sürücü Elşən Mustafayev idarəetməni itirib və maşını yol kənarındakı yaşayış divarına vurub.

Yol-Patrul Xidmətinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin ehtimala görə, qəzaya "Hyundai"nin sürücüsü Günay Məmmədovanın manevr qaydalarını pozması səbəb olub. Eyni zamanda, "Mitsubishi"inin sürət həddini aşdığı, digər "Hyndai"nin sürücüsünün düzgün ara məsafəsi saxlamadığı ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.

Dostlarınla paylaş


Şərhlər


Top