04.11.2015
Qəzalar
Turist gəmisi batdı: 4 ölü, 18 nəfər itkin
Kanadada Vankuver adası yaxınlığında balinaları görmək üçün tura çıxan gəmi qəzaya uğrayıb.
Cars-az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 4 turist həyatını itirib.
Xilasedicilər 5 nəfərin həyatını xilas edə bilib. İtkin düşən 18 nəfərin axtarışı isə davam etdirilir.
Hazırda qəzanın səbəbləri araşdırılır.