04.11.2015
Qəzalar
Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib
Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisı oktyabrın 25-də saat 21.00 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb. Goradil qəsəbə sakini Pərviz Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sabir Cəlilovu vurub. Nəticədə S. Cəlilov hadisə yerində ölüb. Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.