“Range Rover”lə “KamAZ” toqquşub, 1 nəfər ölüb

“Range Rover”lə “KamAZ” toqquşub, 1 nəfər ölüb

“Range Rover”lə “KamAZ” toqquşub, 1 nəfər ölüb

Yevlaxda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Cars-az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yevlax şəhərində Bakı şəhər sakini Nemət Seyfullayevin idarə etdiyi “Range Rover” və Daşkəsən rayon sakini Etibar Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə N.Seyfullayevin xəsarət alan sərnişini, Cəlilabad rayon sakini Zahir Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top