11.02.2016
Qəzalar
Bakıda 21 yaşlı qadını maşın vurub
Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Сars-az apa-ya istinadən xəbər verir ki, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsindəki dairədə "Tofaş" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Müxtəlif xəsarətlər alan piyada, 21 yaşlı Ağgül Abdullayeva təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər piyadada kəllə-beyin travması və çoxsaylı sınıqların olduğunu müəyyən ediblər.
Hadisə yerində yol polis əməkdaşları olublar, müayinələr aparılıb, ölçülər götürülüb.
Hadisəni törədən avtomobil cərimə meydançasına yerləşdirilib, sürücünün ifadəsi alınıb. Faktla bağlı araşdvrma aparılır.