11.02.2016
Qəzalar
Sərnişin qatarı qəzaya uğrayıb, 150 nəfər xəsarət alıb
Misirdə sərnişin qatarının qəzaya uğraması nəticəsində 150 nəfər xəsarət alıb.
Сars-az xarici mətbuata istinadən xəbər verir ki, Asuan şəhərindən paytaxt Qahirəyə yollanan qatarın iki vaqonu relsdən çıxıb.
Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış vaqonlardan sərnişinləri çıxarır.
Qəzanın təfsilatları barədə hələ ki, məlumat verilmir.