“VAZ” dirəyə çırpıldı, sürücü xəsarət aldı

“VAZ” dirəyə çırpıldı, sürücü xəsarət aldı

“VAZ” dirəyə çırpıldı, sürücü xəsarət aldı

Tovuzda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Hadisə rayonun Qovlar kəndi ərazisində qeydə alınıb. Dönük Qırıqlı kənd sakini, 1987-ci il təvəllüdlü Şahmar Məmmədhəsənov idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan dirəyə çırpılıb. Qəza zamanı sürücü Ş. Məmmədhəsənov xəsarət alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.APA

Dostlarınla paylaş


Şərhlər


Top