10.02.2016
Qəzalar
Avtomobil uşağı vurub öldürdü - Tovuzda
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Сars-az xəbər verir ki, bu barədə apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar-Aşağı Quşçu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən azyaşlını vurub.
Xəsarət alan uşaq hadisə yerində ölüb. Hazırda ölənin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.