10.02.2016
Qəzalar
Bakıda avtomobil iki piyadanı vurub
Bakıda avtomobil iki piyadanı vurub. Сars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Məlumata görə, fevralın 9-da saat 21 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində müəyyən edilməyən avtomobillə qəsəbə sakinləri Əntiqə Məhərrəmova və Sədaqət Aslanova vurulub. Piyadalara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri aparır.