09.02.2016
Qəzalar
“OPEL” markalı avtomobil yandı
Gəncə şəhərində “OPEL” markalı minik avtomobili yanıb. Сars-az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz rayonunda vətəndaşa məxsus "OPEL" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.