09.02.2016
Qəzalar
Məmurları daşıyan avtomobildə partlayış baş verib, 2 nəfər ölüb
Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda dövlət məmurlarını daşıyan avtomobildə partlayış baş verib. Сars-az Türkiyyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan Uludərə Dövlət Xəstəxanasının 2 vəzifəli şəxsi ölüb, 1 nəfər isə xəsarət alıb. Polis hadisənin baş vermə səbəblərini araşdırır.