10.02.2016
Qəzalar
Bakıda sərxoş sürücü yol qəzası törədib – FOTO+VİDEO
Nəsimi rayonunda sərxoş sürücü yol qəzası törədib. Сars-az apa-ya istinadən xəbər verir ki, Arzu Hüseynov idarə etdiyi "Volkswagen Golf" markalı avtomobillə qarşısında hərəkət edən Orxan İbrahimzadəyə məxsus "Volkswagen Passat" markalı avtomobili vurub.
Qəza zamanı xəsarət alan olmayıb. Müayinə zamanı qəzanı törədən "Qolf"un sürücüsü Arzu Hüseynovun sərxoş olması məlum olub.
Faktla əlaqədar araşdırmalara başlanılıb.