01.03.2016
Qəzalar
Avtomobillərdən oğurluq edildi
Xocəsən qəsəbəsi, yeni yaşayış massivində yerləşən dayanacaqda "Azər Terminal" strukturuna məxsus BMC markalı üç avtomobilin hər birindən 2 ədəd akkumulyator oğurlanıb.
Сars-az report-a istinadən bildirir ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Amid Hidayət oğlu Babayev tutulub.
Qeyd edək ki, "Azər Terminal" Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərir.