Balakəndə avtomobil daş hasara çırpıldı: yaralılar var

Balakəndə avtomobil daş hasara çırpıldı: yaralılar var

Balakəndə avtomobil daş hasara çırpıldı: yaralılar var

Balakəndə baş verən yol-nəqliyyat hadisəsində biri ağır olmaqla üç nəfər xəsarət alıb.

Avtofer.az apa-ya istinadən bildirir ki, hadisə fevralın 29-u saat 23 radələrində rayonun Tülü kəndi ərazisində baş verib.

Tülü kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Vaqif oğlu Abdulov idarə etdiyi "VAZ 2106" markalı 62 BA 293 dövlət nömrə nişanlı avtomobilli yolun kənarındakı daş hasara çırpıb.

Nəticədə sürücü E. Abdulov, həmkəndliləri olan sərnişinləri - 1985-ci il təvəllüdlü Əfqan Əziz oğlu Əzimov və 1984-cü il təvəllüdlü Ramil Nizam Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.

Balakən RMX-dan APA-ya verilən məlumata görə, Ə. Əzimovun vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Cərrahiyə şöbəsində həkim nəzarətinə götürülən E. Abdulov və R. Bayramovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top