“Kamaz” “Naz Lifan”la toqquşdu - Sürücü öldü

“Kamaz” “Naz Lifan”la toqquşdu - Sürücü öldü

“Kamaz” “Naz Lifan”la toqquşdu - Sürücü öldü

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat qəzasında bir nəfər dünyasını dəyişib. Сars-az-ın report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini Həsənov Rasim Balabəy oğlu idarə etdiyi "Kamaz" markalı yük maşını ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Cəlilabad rayon Göytəpə qəsəbəsi sakini Mürsəlov Mehman Tahir oğlunun sükanı arxasında olduğu "Naz Lifan" markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik maşının sürücüsü dünyasını dəyişib.

İlkin ehtimala görə, qəzaya minik avtomobilinin qəfildən yük avtomobilinin qarşısına çıxması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top