01.03.2016
Qəzalar
Rusiyada təyyarə təlim uçuşu zamanı düşdü - Pilot itib
Rusiyanın Stravropol şəhərində təyyarə qəzaya uğrayıb. “Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Budennovsk aerodromunda təlim uçuşu zamanı “Su-25” təyyarəsi qəzaya uğrayıb, pilot isə yoxa çıxıb. Bu barədə Rusiya XİN-nin məlumatında deyilir. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Bununla bağlı Nazirlikdə uçuş təhlükəsizlik xidmətinin mütəxəssislərindən ibarət xüsusi komissiya yaradılıb.