Dəmir yolu relslərini oğurlamaq istədi

Dəmir yolu relslərini oğurlamaq istədi

Dəmir yolu relslərini oğurlayan Gəncə sakini qanundan qaça bilmədi.

Сars-az kəpəztv-yə istinadən xəbər verir ki, Gəncə şəhər sakini dəmir yolu relslərini oğurlamağa cəhd göstərərkən saxlanılıb. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Soyuq-Bulaq dəmir yolu stansiyasının ərazisindən 70 ədəd rels altlıqlarını "VAZ-2106" markalı avtomobildə oğurlamağa cəhd göstərən Gəncə şəhər sakini Qabil Həsənov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Dostlarınla paylaş


Şərhlər


Top