29.02.2016
Qəzalar
Gəncədə avtobus piyadanı vurdu
Axşam saat 20:30 radələrində Gəncə şəhərindəki Şah İsmail Xətai prospektində piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib. Сars-az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər sakini Ramin Rüstəmov idarə etdiyi "İsuzu" markalı avtobusla hərəkəttə olarkən, yolu keçmək istəyən piyada - 68 yaşlı Gəncə sakini Mustafa Mərdanovu vurub. Yaralı dərhal Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Vəziyyəti orta-ağır qiymətləndirilir.