Avtomobillər toqquşub, ölən var

Avtomobillər toqquşub, ölən var

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonunda "VAZ" markalı minik avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Сars-az-a verilən məlumata görə, nəticədə, minik avtomobilinin sərnişini aldığı bədən xəsarətlərindən vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 05:57-də başa çatıb.

Dostlarınla paylaş


Şərhlər


Top