01.03.2016
Qəzalar
Avtobus avtomobillə toqquşdu: ölən var
Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Сars-az report-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, martın 1-də saat 01 radələrində Göygöl rayonunun Topalhəsənli kəndində kənd sakini İsgəndər İsgəndərovun idarə etdiyi "VAZ-2106" və Gürcüstan vətəndaşı Ərzixan Süleymanovun idarə etdiyi "MAN" markalı (avtobus) avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilən İ.İsgəndərov orada ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.