Avtomobil qoruyucu səddə çırpıldı: xəsarət alan var

Avtomobil qoruyucu səddə çırpıldı: xəsarət alan var

Avtomobil qoruyucu səddə çırpıldı: xəsarət alan var

Cars-az regiontv-yə istinadən xəbər verir ki, Ağcabədi rayonu ərazisində ağır yol qəza hadisəsi qeydə alınıb. Hadisə Ağcabədi-Hindarx avtomobil yolunun Dördyol adlanan ərazisində baş verib. 04-BK-721 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşını Hindarx istiqamətində dönmə əməliyyatını yerinə yetirərkən Yuxarı Qarabağ kanalının üzərindəki körpünün qoruyucu səddinə çırpılıb. Zərbənin təsirindən avtomobildə olan sərnişinlərdən biri, Həsən Lətif oğlu Əsədov ağır xəsarət alıb. Yaralı hadisə şahidlərinin köməyi ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Şahidlərin bildirdiklərinə görə, hadisəyə yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top