Goranboyda avtomobil 2 qadını vuraraq öldürüb

Goranboyda avtomobil 2 qadını vuraraq öldürüb

Goranboyda avtomobil 2 qadını vuraraq öldürüb

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 15-də saat 09.00 radələrində Goranboy rayonunun Şəfəq kəndində kənd sakini Rəhman Vəliyev idarə etdiyi “VAZ-21725” markalı avtomobillə yolun kənarında dayanmış həmkəndliləri Raya Nəbiyevanı və Elmira Qurbanovanı vurub. Hər iki şəxs hadisə yerində ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top