04.11.2015
Qəzalar
Sürücü ahıl kişini maşınla vuraraq qaçıb
Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. "NAZ lifan" markalı avtomobil, yolu keçmək istəyən Ağdam rayon sakini, 1945-ci il təvəllüdlü Nəbiyev Xəlil İsgəndər oğlunu vurub.
Yaralı Bərdə rayon xəstəxanasına yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.
Qəzadan sonra sürcü maşını hadisə yerində qoyaraq qaçıb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.