04.11.2015
Qəzalar
Təyyarə qəzasında 2 nəfər öldü
ABŞ-ın Luiziana ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb.
Cars-az rianovosti agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 2 nəfər ölüb. Qəza təyyarə havaya qalxdığı zaman, uçuş-eniş zolağından 270 m aralıda baş verib. Hadisənin başvermə səbəbləri hələ ki, bəlli deyil. Ölənlərin şəxsiyyəti barədə məlumat verilmir. Təyyarədə digər sərnişinlərin olub-olmaması barədə də məlumat yoxdur. Hazırda qəzanın səbəbləri araşdırılır.