Sərxoş sürücü zəncirvari qəza törətdi

Sərxoş sürücü zəncirvari qəza törətdi

Sərxoş sürücü zəncirvari qəza törətdi

Bərdə rayonunda 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza zamanı "VAZ 2107", "Opel" və "Lada 2109" markalı minik maşınları toqquşub. Şahidlərin sözlərinə görə, qəzaya "Opel" markalı maşın səbəb olub. Avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü qəza zamanı xəsarət alıb. O, xəstəxanaya çatdırılıb. Hər üç avtomobilə ciddi ziyan dəyib. Rayon polisi hadisə yerində araşdırma aparır.

Dostlarınla paylaş


Şərhlər


Top