04.11.2015
Qəzalar
Neftçalada maşın məktəblini vurdu
Neftçalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Xıllı qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Farik Hikmət oğlu Quliyev yolla gedərkən Astanlı kənd sakini Murad Şahin oğlu Məmmədov idarə etdiyi 47-BC-241 dövlət nömrə nişanlı "VAZ-2108" markalı avtomobillə vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 9-cu sinif şagirdini sürücü elə öz maşınında Neftçala rayon mərkəzi xəstəxanasına çatdırıb. İlk tibbi yardım alan zərərçəkən travmatologiya şöbəsində yerləşdirilib. Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.