Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçdı

Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçdı

Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçdı

Gəncə-Göygol yolunun Qızılqaya ərazisindən keçən hissəsində piyadavurma hadisəsi qeydə alınıb. Cars-az kəpəztv-yə istinadən xəbər verir ki, səhər saat 7.30 radələrində yolu keçmək istəyən kişi "Chevrolet Cruze" avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü isə hadisə yerindən qaçıb. Ölən şəxsin və qəzanı törədənin kimliyi aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top