Masallıda iki avtomobil toqquşub: xəsarət alan var

Masallıda iki avtomobil toqquşub: xəsarət alan var

Masallıda iki avtomobil toqquşub: xəsarət alan var

Masallı rayonunda iki avtomobil toqquşub. Cars-az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı şəhərində iki “VAZ” markalı minik avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində avtomobillərdən birinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:58-də başa çatıb.

Dostlarınla paylaş


Şərhlər


Top