04.11.2015
Qəzalar
Bərdədə avtomobillə vurulan piyada ölüb
Bərdə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yenidaşkənd kənd sakini Sərxan Həsənov idarə etdiyi “NAZLifan” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Xəlil Nəbiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Nəbiyev orada ölüb.
Bərdə rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.