Avtomobil piyadanı vurub öldürdü

Avtomobil piyadanı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Сars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 24-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini Əlibəy Abbaszadə idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Ələddin Quliyevi vurub. Ə.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top