203 nəfərin olduğu təyyarə burulğana düşdü

203 nəfərin olduğu təyyarə burulğana düşdü

203 nəfərin olduğu təyyarə burulğana düşdü

Mayamidən Milana uçan "American Airlines" şirtkətinə məxsus təyyarənin hava burulğanına düşməsi nəticəsində yeddi nəfər xəsarət alıb.

Сars-az xarici mətbuata istinadən xəbər verir ki, göyərtəsində 192 sərnişin və 11 ekipaj üzvü olan təyyarə Florida ştatındakı hava limanından göyə qalxdıqdan bir qədər sonra hava burulğanı olan sahəyə daxil olub. Nəticədə təhlükəsizlik tədbiri çərçivəsində təyyarə Kanadanın Sent-Cons şəhərində təcili eniş etməli olub.

Şirkət nümayəndəsi Ross Faynstayn xəsarət alanların üçünün sərnişin, dördünün isə ekipaj üzvü olduğunu bildirib. Zərəçəkmişlər təyyarə yerə eniş edən kimi xəstəxanaya çatdırılıb. R.Faynstayn, həmçinin qeyd edib ki, hazırda xəsarət alan sərnişinlərin Milana çatdırılması yönündə işlər gedir.

Dostlarınla paylaş


Şərhlər


Top