İki avtomobil toqquşdu - Yaralı var

İki avtomobil toqquşdu - Yaralı var

Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qəza baş verib.

Сars-az apa-ya istinadən xəbər verir ki, hadisə yanvarın 24-də saat 22 radələrində rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil qarşıdan gedən “QAZel”-ə çırpılıb.

Qəza zamanı “VAZ”-ın sürücüsü, Şəmkir rayonu, Seyfəli kənd sakini, 1990-cı il təvəllüdlü Kamil Mahmudov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top