25.01.2016
Qəzalar
Bərdədə piyada qəzada ölüb, sürücü qaçıb
Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Naməlum avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb. Nəticədə şəxsiyyəti hələ ki, məlum olmayan təqribən 40-45 yaşlı kişi hadisə yerində keçinib. Yol kənarında qalan meyit "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır. Qəzanı törədən sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.