25.01.2016
Qəzalar
“KİA” körpüdə qəza törətdi
Bakıda yol nəqliyyat hadisəsi baş verib. Сars-az-ın baku.ws-ə istinadən məlumatına görə, hadisə köhnə “Bağırov körpüsü”nün altında qeydə alınıb. İlkin məlumata görə, “KİA” markalı avtomobil yüksək sürət nəticəsində idarəetməni itirərək körpünün kənarına çırpılıb.
Hadisə zamanı ölən və yaralananlar olmasa da avtomobilin ön hissəsinə ciddi ziyan dəyib.