Ağır yol qəzası: nənə və 6 yaşlı nəvəsi yaralandı

Ağır yol qəzası: nənə və 6 yaşlı nəvəsi yaralandı

Ağır yol qəzası: nənə və 6 yaşlı nəvəsi yaralandı

Bu gecə Bakı-Şamaxı yolunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Avtofer.az lent.az-a istinadən bildirir ki, magistralın 123-cü kilometrliyində, Şamaxı rayonu ərazisində Bəndəliyev Azər Bulud oğlunun sürdüyü "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər, 2010-cu il təvəllüdlü Qəhrəmanlı Səid Tural oğlu və onun nənəsi, 1959-cu il təvəllüdlü Bəndəliyeva Afaq Bahadur qızı xəsarətlər alıblar.

Bildirilir ki, qəzaya səbəb yolun sürüşkənliyi və sürücünün düzgün manevr etməməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top