02.03.2016
Qəzalar
Avtomobil divara çırpıldı...
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi Totanlı küçəsində baş verib.
Сars-az kəpəztv-yə istinadən xəbər verir ki, Daşkəsən rayon sakini 23 yaşlı Azər İsgəndərov avtomobildə idarəetməni itirib, nəticədə maşın divara çırpılıb. Yaralanan sürücü Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Sağ bud sümüyünün sınığı diaqnozu qoyulan yaralı tibb müəssisəsinin travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.