Avtodayanacaqda yanğın:1 ölü

Avtodayanacaqda yanğın:1 ölü

Bakıda fərdi avtodayanacaqda baş verən yanğın nəticəsində bir nəfər ölüb. Cars-azxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fərdi avtodayanacaqdakı gözətçi köşkündə yanğın baş verib. Yanğın söndürüldükdən sonra orada gözətçi işləyən qəsəbə sakini İlqar Əliyevin yanmış meyiti tapılıb.

Yanğının elektrik naqillərinin qısa qapanmasından baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top