Avtomobillə qatar toqquşub, yaralılar var – FOTO

Avtomobillə qatar toqquşub, yaralılar var – FOTO

Avtomobillə qatar toqquşub, yaralılar var – FOTO

Ağstafada ər və arvadın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az kəpəztv-yə istinadən xəbər verir ki, rayonun Köçəsgər kəndi ərazisində, Tatlı-Ağstafa dəmir yol xəttinin 97-ci kilometrliyində, qorunan dəmir yol keçidində kənd sakini, 1970-ci il təvəllüdlü Bahəddin Sultanov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə bağlı olan keçiddən keçmək istəyərkən elektrovoz maşını vurub. Hadisə zamanı sürücü və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Narınc Sultanova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top