04.11.2015
Qəzalar
Goranboyda ağır yol qəzası: 2 nəfər yaralıdır
Cars-az kəpəztv-yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonu, Goran qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Sumay Əhmədov idarə etdiyi, Gürcüstandan Bakı istiqamətinə hərəkətdə olan "Mercedes" markalı avtomobili qarşıdakı yük maşınına çırpıb. Nəticəsə "Mercedes" yol kənarındakı dəmir maneəyə çırpılıb və aşaraq, 20 metr aralıya düşüb. Ağır bədən xəsarətləri alan sürücü və sərnişini Fuad Məmmədov Goranboy Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən xəstələrin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.