Sərxoş sürücü ağaca çırpıldı

Sərxoş sürücü ağaca çırpıldı

Cars-az xəbər verir ki, bu barədə atv-nin Quba bölgəsindəki əməkdaşı Rauf Əhmədovun verdiyi məlumata görə, Xaçmaz rayonunda sərxoş vəziyyətdə sükan arxasında əyləşən yük avtomobilinin sürücüsü qəza törədib. Hadisə Gəndob-Yalama yolunun Xanlıqoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 60 yaşlı Adil Əliyevin idarə etdiyi “Shaqman” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan sürücüyə sağ diz və sol topuq oynağının qapalı sınığı, alkoqol sərxoşluq diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

http://img.atv.az/gallery/2015/big/20151103122033-21588-11.jpg

Dostlarınla paylaş


Şərhlər


Top