04.11.2015
Qəzalar
Ağır yol qəzası: ölən və yaralananlar var
Göygöl rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən Cars-az-a verilən məlumata görə, rayonun Alabaşlı kəndində Şəmkir rayon sakini Kəmaləddin Qafarov idarə etdiyi “QAZel” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişini Səfər Tağıyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.
Fidan