Abşeronda yol qəzası: 1 ölü 

Abşeronda yol qəzası: 1 ölü 

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Saray qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini Mirməcid Eminov idarə etdiyi “TOFAŞ” markalı avtomobili yol ayrıcına vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Eminov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top