04.11.2015
Maraqlı
Ölümün bir addımlığına getdi
İndoneziyanın Şərqi Yava bölgəsindəki "Ijen Crater" aktiv, susmayan, sakitləşməyən vulkandır. Cars-az dailymail-ə istinadən xəbər verir ki, kraterdə ərimiş, kükrəyən lava gecələr ətrafa mavi işıq yayır. Kraterin daxilində lavanın temperaturunun 600 dərəcə olmasına, ətrafa zəhərli qazlar və buxarlar yaymasına rəğmən fotoqraf Kiu Bi Lun bu nadir məkanın fotolarını çəkib. 26 yaşlı Lunun sözlərinə görə, kraterin ətrafı zəhərli kükürd qazı ilə dolu olduğundan çəkilişlər çox çətindi.