Yük maşını ilə təyyarə tuqquşdu

Yük maşını ilə təyyarə tuqquşdu

Amerikanın Los-Ancele şəhərində yük maşını ilə təyyarənin iştirakı ilə qəza olub. Anspress-in məlumatına görə, aviasiya yanacağı dolu yük maşını beynəlxalq hava limanında dayanacaq edən boş təyyarə ilə toqquşub. Los-Ancelesin yanğın söndürən xidmətinin nümayəndələri hadisənin təxminən gecə yarısı baş verdiyini açıqlayıb. Toqquşma nəticəsində yük maşınının sürücüsü kabinədə sıxılıb qalıb. Xilasedicilər zərərçəkmişi maşının içindən çıxara biliblər. Xəstəxanaya yerləşdirilmiş sürücünün vəziyyəti ilə bağlı açıqlama verilmir.

Yanacağın alışması baş vermədiyindən yanğın böyük miqyaslı olmayıb. Polis fövqəladə vəziyyətin səbəblərini araşdırır.

Dostlarınla paylaş


Şərhlər


Top