04.11.2015
Maraqlı
Avtobusda tum çırtlamaq üstündə əlbəyaxa dava
Çində sərnişinlər arasında dava olub. “Qafqazinfo” Hüriyyet-ə istinadən xəbər verir ki, avtobusda baş verən dava tum qabığı üstündə olub. Belə ki, nəqliyyat vasitəsində əyləşən vətəndaş yanında oturan sərnişinə günəbaxan tumunun qabığını yerə atmaması ilə bağlı xəbərdarlıq edib. Buna məhəl qoymayan sərnişin tumu çırtlayaraq qabıqları avtobusun içinə atıb. Dava da elə bu zaman başlayıb, vətəndaş tum çırtlayan sərnişinə hücum edib, başına dönə-dönə zərbə vurub.
Hadisənin video görüntüsünü təqdim edirik.