Dünyanın ən hündür velosipedi

Dünyanın ən hündür velosipedi

Velosipedlər nəinki ən bahalı, ən kiçik və ən sürətli, həmçinin, ən hündür də ola bilir. Dünyanın ən hündür velosipedi kubalı qaynaq ustası Feliks Quiroloya məxsusdur. Bu ikitəkərli nəqliyyat vasitəsinin hündürlüyü 5 metr 40 santimetrdir. Ona görə də ən hündür velosipedə minmək üçün minimum 3 şəxsin köməyi lazım olur.

Qeyd edək ki, bundan öncə dünyanın ən hündür velosipedi kanadalı Terri Qortçenə məxsus idi. axar.az

Dostlarınla paylaş


Şərhlər


Top